Salyanda ikinci ildir ki, sarımsaq bitkisi becərilir.
Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, bu mövsüm rayonda 19,8 hektar sahədə sarımsaq əkilib. Bunun da 17 hektarını Yenikənd kənd sakini, fermer Ələddin Fərəcov becərir. Əsasən yerli toxumdan istifadə edən fermer ötən il becərdiyi 14 hektar sarımsaq sahəsinin hər hektarından 10 ton məhsul götürməklə, 140 ton sarımsaq əldə edib. Məhsuldan xeyli gəlir götürən fermer bu il əkin sahəsini genişləndirərək 18 hektara çatdırıb.
Hazırda sarımsaq sahəsində becərmə işləri aparılır. Bitkiyə nümunəvi qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişib. Torpaq sahibinin dediyinə görə, 20-25 gündən sonra məhsul yığımına başlayacaq. O, ötən il olduğu kimi, bu il də məhsulu Rusiya bazarlarına göndərəcək.
Ə.Fərəcov növbəti ildə əkin sahəsini 30 hektara çatdırmaq fikrindədir.
azertag.az