Azərbaycanda ünvanlı dövlət sosial yardım alanların sayı açıqlanıb
17.5.2017

Cari il aprel ayının 1-i vəziyyətinə ölkənin iqtisadi rayonları üzrə aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının statistikası açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, respublika üzrə - cəmi 587 506 nəfər ünvanlı dövlət sosial yardımı alır. Yardımın məbləği 35,82 manatdır.
Qeyd edək ki, Bakı şəhəri üzrə 89 211 nəfər məbləği 39,44 manat olmaqla sosial yardım alır.

report.az