Məşhur rəssamların əsərləri muzeydən oğurlandı
17.10.2012

Hollandiyanın Rotterdam şəhərindəki muzeydən Pablo Pikasso, Anri Matiss və Vinsent van Qoqa məxsus bir neçə rəsm əsəri oğurlanıb.

GoMap.Az-ın ANN.Az-a istinadən verdiyi xəbərə görə, oğurluq hadisəsi dünən axşam saatlarında Rotterdamdakı “Kunsthal” muzeyində baş verib.

Oğurlanan rəsm əsərlərinin dəyəri barədə məlumat verilməyib. Hadisə ilə bağlı istintaq prosesi başladılıb.

Rəsm əsərləri “Triton Fundu”-na aid olub və onlar “Kunsthal”-ın 20-ci ildönümü münasitəbilə muzeydə nümayiş etdirilirdi.