BMT rəsmisi Azərbaycana səfər edəcək
18.5.2017

BMT-nın Könüllüləri Proqramının İcraçı Əlaqələndiricisinin müavini Toyli Kurbanov mayın 22-də Bakıya səfər edəcək.

Bu barədə BMT-nın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

BMT nümayəndəsi Azərbaycanın hökumət nümayəndələri ilə görüşərək hökumətin könüllülüyün təbliği və Azərbaycanın uzun müddətli könüllülük mədəniyyətinin qurulmasında hökumətin baxışı əsasında qlobal əməkdaşlıq prioritetlərini müzakirə edəcək.

İki günlük səfər ərzində o, BMT tərəfdaşları, Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi (ASAN) və elm mərkəzlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, könüllülük təcrübəsi olan təşkilatlarla çoxtərəfli əməkdaşlıq üçün yolları araşdıracaq.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, BMT-nin Könüllüləri Proqramının Azərbaycana qayıdışı və Azərbaycan hökuməti və inkişaf üzrə tərəfdaşları ilə Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunması üzrə könüllülüyün təbliğini müsbət qiymətləndirirlər.

trend.az