Bakı-2017: Basketbol və suya tullanma yarışları başlayır - 11-ci günün TƏQVİMİ
18.5.2017

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının 11-ci gününə start verilir.

Atletikada kişilər 200, 800 m məsafəyə qaçış, 3000 m maneələrlə qaçış və çəkic atma, qadın idmançılar isə 200, 400, 5000 m məsafəyə qaçış, 100 m sədlərlə qaçış, nizə atma, uzunluğa tullanma və hündürlüyə tullanma yarışlarında qüvvələrini sınayacaqlar.

X X X

Oyunların 11-ci günündə basketbol 3X3 yarışlarına start veriləcək. Qadınlardan ibarət millimiz Türkmənistan, Əlcəzair, kişi idmançılardan ibarət yığmamız isə Türkiyə və Türkmənistanla qarşılaşacaq.

10:00 - 10:30
Qadınlar - komanda qrup oyunu A1-A2 (Türkmənistan - Azərbaycan)
10:30 - 11:00
Qadınlar - komanda qrup oyunu A3-A4 (Əlcəzair - Mali)
11:00 - 11:30
Kişilər - komanda qrup oyunu B1-B2 (İndoneziya - Qətər)
11:30 - 12:00
Kişilər - komanda qrup oyunu B3-B4 (Kot-d'İvuar - Mali)
12:00 - 12:30
Qadınlar - komanda qrup oyunu A2-A3 (Azərbaycan - Əlcəzair)
12:30 - 13:00
Kişilər - komanda qrup oyunu B1-B5 (Indoneziya - İordaniya)
13:00 - 13:30
Kişilər - komanda qrup oyunu B2-B3 (Qətər - Kot-d'İvuar)
13:30 - 14:00
Kişilər - komanda qrup oyunu B4-B5 (Mali - İordaniya)
15:30 - 20:30
Qadınlar - komanda qrup oyunu B1-B2 (İndoneziya - Türkiyə)
16:00 - 16:30
Qadınlar - komanda qrup oyunu B3-B4 (Suriya - Fələstin)
16:30 - 17:00
Kişilər - komanda qrup oyunu A1-A5 (Türkiyə - Pakistan)
17:00 - 17:30
Kişilər - komanda qrup oyunu A3-A4 (Türkmənistan - Səudiyyə Ərəbistanı)
17:30 - 18:00
Qadınlar - komanda qrup oyunu B1-B5 (İndoneziya - Pakistan)
18:00 - 18:30
Qadınlar - komanda qrup oyunu B2-B3 (Türkiyə - Suriya)
18:30 - 19:00
Kişilər - komanda qrup oyunu A1-A2 (Türkiyə - Azərbaycan)
19:00 - 19:30
Kişilər - komanda qrup oyunu A4-A5 (Səudiyyə Ərəbistanı - Pakistan)
19:30 - 20:00
Qadınlar - komanda qrup oyunu B4-B5 (Fələstin - Pakistan)
20:00 - 20:30
Kişilər - komanda qrup oyunu A2-A3 (Azərbaycan - Türkmənistan)
X X X

Boks yarışlarına yekun vurulacaq.

16:00 - 20:10
Kişilər - birinci ən yüngül çəki (46-49 kq)
Kişilər - ən yüngül çəki (52 kq)
Kişilər - yarım-yüngül çəki (56 kq)
Kişilər - yüngül çəki (60 kq)
Kişilər - yüngül yarım-orta çəki (64 kq)
Kişilər - yarım-orta çəki (69 kq)
Kişilər - orta çəki (75 kq)
Kişilər - yarım-ağır çəki (81 kq)
Kişilər - ağır çəki (91 kq)
Kişilər - superağır çəki (+91 kq)
X X X

Bu gün suya tullanma yarışlarına da start veriləcək.

10:00 - 11:08
Kişilər - 3 m tramplin - Seçmə mərhələsi
17:00 - 18:22
Kişilər - 3 m tramplin - Final
Kişilər - 3 m tramplin - Medal mərasimi
X X X

Futbol turnirində millimiz yarımfinalda Əlcəzairlə qarşılaşacaq.

12:30 - 14:30
Kişilər - komanda 1-ci yarımfinal (Əlcəzair - Azərbaycan)
18:30 - 20:30
Kişilər - komanda 2-ci yarımfinal (Kamerun - Oman)
X X X

Stolüstü tennisdə yarımfinala yüksələn idmançılar məlum olacaq.

10:00 - 14:00
Qadınlar - fərdi 1/4 Finallar
16:00 - 20:00
Kişilər - fərdi 1/4 Finallar
X X X

Taekvando yarışlarında Azərbaycanı qadınlardan Darya Şkurko (62 kq), kişilərin mübarizəsində isə Məhəmməd Məmmədov (63 kq), Səid Quliyev (74 kq) və Ramin Əzizov (87 kq) təmsil edəcək.

09:00 - 12:12
Qadınlar -62 kq
Kişilər -63 kq
Qadınlar -73 kq
Kişilər -74 kq
Kişilər -87 kq
18:00 - 22:35
Qadınlar -62 kq
Kişilər -63 kq
Qadınlar -73 kq
Kişilər -74 kq
Kişilər -87 kq
X X X

Tennis oyunları davam edəcək.

10:00 - 19:00
Kişilər - Fərdi 2-ci mərhələ
Qadınlar - Fərdi 2-ci mərhələ
Kişilər - Cütlər 1/4 Finallar
Qadınlar - Cütlər 1/4 Finallar
X X X

Voleybol turnirində qadınlardan ibarət komandalar arasında ən güclülər müəyyənləşəcək.

10:00 - 12:30
Kişilər - komanda qrup oyunu B7 (İran - Əlcəzair)
12:30 - 15:00
Kişilər - komanda qrup oyunu B8 (Səudiyyə Ərəbistanı - Mərakeş)
17:00 - 19:30
Qadınlar - komanda bürünc medal uğrunda oyun
19:30 - 22:00
Qadınlar - komanda qızıl medal uğrunda oyun
22:00 - 22:30
Qadınlar - komanda medal mərasimi
X X X

Yunan-Roma güləşçilərinin mübarizəsində isə Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq), İslam Abbasov (85 kq) və Sabah Şəriəti (130 kq) tatami üzərinə çıxacaqlar.

10:00 - 12:03
Kişilər 66 kq
Kişilər 75 kq
Kişilər 85 kq
Kişilər 130 kq
18:00 - 19:41
Kişilər 66 kq
Kişilər 75 kq
Kişilər 85 kq
Kişilər 130kq Yunan-Roma
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

trend.az