Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolundan geniş istifadə etmək niyyətindədir
17.10.2012

Qazaxıstan öz məhsullarını Türkiyə və Avropaya göndərmək məqsədi ilə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək niyyətindədir. Bu barədə açıqlamasında Qazaxıstanın Azərbaycandakı səfiri Serik Prembetov bildirib.

Onun sözlərinə görə, hazırda bununla bağlı Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin Nəqliyyat Nazirlikləri arasında danışıqlar aparılır.

«Biz bu dəmir yolu vasitəsilə məhsullarımızı Türkiyə və Qərbi Avropaya nəql etmək niyyətindəyik», - deyən səfir qeyd edib ki, bu prosesə dəmir yolu xətti hazır olan kimi başlanacaq.

APA