Gələn ay bir Günəş və bir Ay tutulması olacaq
18.10.2012

Gələn ay bir Günəş və bir qismən Ay tutulması olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, Günəş tutulması noyabrın 14-də Bakı vaxtı ilə saat 23.39-da baş verəcək və saat 04.44-ə qədər davam edəcək. Bu təbiət hadisəsi Azərbaycan ərazisindən müşahidə edilməyəcək.

Qismən Ay tutulması isə noyabrın 28-də baş verəcək. Saat 16.18-də başlayacaq ay tutulması saat 20.51-də başa çatacaq. Ay tutulması Azərbaycan ərazisindən qismən müşahidə olunacaq.

Qeyd edək ki, bu il ilk qismən Ay tutulması iyun ayının 4-də, ilk Günəş tutulması isə mayın 21-də olub.

APA