İranlı idmançılar da Bakıda İran prezidenti seçkilərində səs verirlər
19.5.2017

Azərbaycanda yaşayan və hazırda ölkəmizdə olan İran vətəndaşları İran prezidenti seçkilərində fəal səs verirlər.

Bunu İran İslam Respublikasının Bakıdakı səfiri Cavad Cahangirzadə deyib.

Səfirin sözlərinə görə, seçkilərin nəticəsindən asılı olmayaraq, bu, Azərbaycan-İran münasibətlərinə müsbət təsir edəcək.

İran vətəndaşları ilə yanaşı, hazırda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən 300 nəfərə yaxın iranlı idmançı da səsvermədə iştirak edir.

İran prezidentliyinə hazırkı dövlət başçısı Həsən Ruhani, Mustafa Ağa Mirsalim, İbrahim Rəisi və Mustafa Haşimi Taba namizədliyini irəli sürüb.

trend