“Zəfər günləri” tədbirində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ötən gün qalib gələn idmançılarımızla görüş keçirilib.
Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə mayın 18-də idmançılarımızın 9 qızıl, 4 gümüş və 4 bürünc medal qazanaraq ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazdıqlarını deyib. Bununla da İslamiadada Azərbaycan idmançılarının qazandıqları medalların sayı 116-ya çatıb.
Sonra qalib idmançılara MOK-un xüsusi hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
trend.az