20 ədəd albalı 1 aspirinə bərabərdir
19.5.2017

Albalıda olan antosiyanin maddəsinin ağrı kəsici təsiri aspirindən 10 dəfə çox olduğu bildirilir.

Karbonhidrat, pektin, üzvi turşular, B2, C və A vitamini baxımından zəngin olan albalının mədə və bağırsaq xəstəliklərinə qarşı çox faydalı olduğu kimi, qaraciyər narahatlıqlarına qarşı da yaxşı təsir göstərir.
Albalı qanı sulandırdırır. Qaraciyər və ödü təmizləyir. Böyrəklərdə yığılan zərərli maddələrin atılmasına kömək edir, qəbizliyi aradan qaldırır, həzmi asanlaşdırır. Ac qarınına yeyilən albalı insanı arıqladır. Albalı mədədəki yara və iltihabı təmizləyir. Albalı qaraciyər şişkinliyinə qarşı yaxşı təsir göstərir, ödün axışını normal hala qaytarır və sinirləri qüvvətləndirir.
Revmatizma, damar sərtliyi və oynaq kirəclənməsinə qarşı faydalıdır.
Albalı meyvəsi ağrıların sakitləşməsində aspirindən daha çox təsirlidir. Araşdırmaçılar bu təsiri albalıda olan antosiyanin adlı kimyəvi maddənin etdiyini bildirməkdədir. Albalıda 12-25 milliqram arasında antosiyanin var və bu maddənin ağrı kəsici təsirinin aspirindən 10-qat daha çox olduğu bildirilir. Araşdırmalara görə, gündə 20 albalı yemək bir aspirin almağa bərabərdir. Bundan əlavə, albalıda olan antosiyanin maddəsi E və C vitaminlərinə bənzər antioksidanti təsir göstərir.


Milli.Az