Yarpız otu, həzm problemlərinə qarşı istifadə edilir. Bundan əlavə, sakitləşdirici və spazm əleyhinə təsiri vardır. Eyni zamanda, öddə olan mayeni artırır və qaraciyəri qoruyur. Bədəndə turşu-əsasının tarazlığını qorumaq üçün faydalı olduğu qeyd edilir. Mentol ehtiva etdiyinə görə, nəfəsaçıcı və bəlğəm gətirən vasitə kimi istifadə edilir.
Soyuqdəymə və qrip ilə mübarizədə istifadə edilə bilər, çünki təsirli bir mikroböldürücüdür. Tərləməyi artıraraq qızdırmasalıcı təsir göstərir. Əsəb və yuxusuzluq kimi problemlərə qarşı da istifadə edilə bilər. Əsəbləri sakitləşdirmək xüsusiyyəti vardır. Əzələ ağrıları, revmatizma və artrit kimi problemlərə qarşı təsirli ola bilər. Həmçinin iştahanın açılmasına və immunitetin möhkəmlənməsinə yardımçı olur. Ürək-damar xəstəliklərinin müalicəsində və qan dövranının nizamlanmasında faydalıdır.
Yarpız hepatit xəstəliyinin müalicəsinə, yoluxucu xəstəliklərdən qorunmağa və yaraların sağalmasına birbaşa kömək edir. Bundan əlavə, astma xəstəliyinin müalicəsinə, qanın təmizlənməsinə və toksin maddələrin xaric olunmasına şərait yaradır.
Milli.Az