Büllur və şüşə qabları necə təmizləmək lazımdır?
Büllur qabları müasir yuyucu vasitələrlə və ilıq su ilə yuyurlur. Büllur qabları ləyəndə yuyun, ləyənin dibinə süngər salın. Yuyandan sonra büllur qabları kağız salfet ilə silmək lazımdır, çünki dəsmalla siləndə üstündə xovu qalır.
Büllur qablar öz görünüşünü uzun müddət saxlasın deyə onu lilli (sinkalı) suda yuyun, quruladıqdan sonra parıldayana kimi yun əsgi ilə silin.
Şüşə qablar daha möhkəm olsun deyə, istifadə etməzdən əvvəl qaynatmaq lazımdır. Bunun üçün qazanın dibinə yumşaq bir əsgi qoyun, şüşə qabları içinə yığıb soyuq su ilə doldurun və 15 dəqiqə qaynadın.
http://publika.az