BP yeni iri layihənin icrasına başlayıb
23.5.2017

BP şirkəti Şimal dənizinin Birləşmiş Krallığa məxsus hissəsində yeni layihənin icrasına başlayıb.
Bu layihə ilə həmin ərazidə 2013-cü ildən dayandırılan hasilat bərpa olunacaq və burada şirkətin hasilatının onilliyin sonuna qədər ikiqat artmasına yardım edəcək.
BP və tərəfdaşları “Quad 204” layihəsi üçün 5,7 mlrd. dollar məbləğində vəsait ayırıb. Bura yeni üzən hasilat və təchizat gəmisinin tikintisi, eyni zamanda köhnəlmiş “Schiehallion” və "Loyal" yataqlarının yenidən inkişafı daxildir.
Şirkətin məlumatına görə, “Quad 204”dən bu il gündəlik neft hasilatı 130 min barelə çatdırılacaq.
2020-ci ilə qədər Böyük Britaniyanın Şimal dənizində hasilatın ikiqat artırılaraq gündəlik 200 min barel neft ekvivalentinə çatdırılması hədəflənir.

report.az