Səfir: "Hazırda Rumıniyada təqribən 25 azərbaycanlı tələbə təhsil alır"
23.5.2017

"Azərbaycan-Rumıniya ilk təhsil forumu tarixi anda - diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunan zaman baş tutacaq".
Bunu mayın 24-nə təyin edilmiş forumla bağlı birfinqdə Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bildirib.
Onun sözlərinə görə, tədbirdə Rumıniyanın 10 aparıcı ali məktəbi iştirak edəcək və onlar təhsil proqramlarını təqdim edəcəklər: "Təhsil Azərbaycan və Rumıniya arasında əlaqələrin gələcək inkişafına sərmayədir. Əlaqələrimizin inkişafını davam etdirəcəyik".
Rumıniyada təhsil almağın üstünlükləri haqqında danışan D.Yanku Rumıniyanın xarici tələbələrin təhsil alması üçün ən cəlbedici ölkə olduğunu vurğulayıb: "Azərbaycanlı tələbələr üçün burada çox az mədəni sədlər var. Çünki mədəniyyətimiz, adət-ənənələrimiz, musiqimiz oxşardır və bu, xaricə təhsil almaq üçün gedən isna üşün çox vacibdir".
Səfir həmçinin Rumıniyanın xarici tələbələrin təhsili üçün təklif etdiyi stipendiyalar haqqında danışıb. O, hazırda Rumıniyada təqribən 25 azərbaycanlı tələbənin təhsil aldığını bildirib.

report.az