Yaradıcılıq və mədəniyyət sahələrinin nümayəndələri Avropa İttifaqının Şərq Tərəfdaşlığı “Mədəniyyət və Yaradıcılıq Proqramı” çərçivəsində təşkil edilmiş “Kommunikasiya” (https://www.culturepartnership.eu/az/publishing/communication-course) kurslarında iştirak edə bilər.
İştirakçılar 30 dəqiqə ərzində kursun beş mühazirəsini dinləməklə layihələrini effektiv şəkildə təbliğ etməyin yolunu öyrənəcəklər. Kommunikasiya məsələləri üzrə mütəxəssis Andrey Kulakov KİV-lə və digər hədəf qruplarla işləməyin qaydalarını bölüşəcək və bu məsələ ilə bağlı faydalı məsləhətlər verəcək. Bundan əlavə, iştirakçılar kommunikasiya strategiyasının əsas elementləri, o cümlədən hədəf auditoriyalarını, müvafiq ismarıcları və kanalları seçməyin qaydası barədə də məlumat ala biləcəklər. Qısa testin sonunda sertifikat veriləcək.
Qeyd edək ki, “Mədəniyyət və Yaradıcılıq Proqramı” çərçivəsində təşkil edilmiş digər kurslarla proqramın saytında tanış olmaq mümkündür:
https://www.culturepartnership.eu/az/publishing/online-learning
azertag.az