Şəmkirdə Qarabağ müharibəsi əlillərinə ev verilib
23.5.2017

Şəmkir rayonunda II qrup Qarabağ müharibəsi əlilləri Zeynalov Müsahib Nəriman oğlu və Bədəlov Fuad Sərvəz oğluna yeni evlər verilib.

Rayon icra hakimiyyətindən bildirilib ki, Qarabağ müharibəsi əlillərinə verilən hər iki ev 3 otaqdan ibarətdir. Evlərin ümumi sahəsi 110, yaşayış sahəsi isə 82 kvadratmetrdir. Fərdi yaşayış evlərində yaşayış üçün lazımi şərait yaradılıb.

Qeyd edək ki, indiyədək Şəmkir rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 1 ədəd 36 mənzilli, 1 ədəd 16 mənzilli, 1 ədəd 8 mənzilli bina və 14 ev növbəlilik əsasında istifadəyə verilib.



azertag.az