Azərbaycan Tibb Universitetində uşaqlar üçün pulsuz aksiya təşkil olunur
24.5.2017

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında aksiya keçiriləcək.

ATU-nun mətbuat xidmətindən bildiriblər ki, iyunun 1 və 2-də Azərbaycanın aparıcı uşaq həkimləri, professorlar-allerqoloq Amaliya Əyyubova, revmatoloq Surxay Musayev və kardioloq İbrahim İsayev uşaqları pulsuz müayinə edəcək, valideynləri maraqlandıran bütün sualları cavablandıracaqlar.

Konsultasiyaya yazılmaq üçün (+994) 050 277-99-85, (+994) 050 277-99-84 nömrəli telefonlarla əlaqə saxlamaq olar.

azertag.az