Qoç - Yaman işgüzarsınız, danışıqlarda çox irəli gedirsiniz, hətta aqressiv təsir bağışlayırsınız. Eyni zamanda hövsələsizsiniz, bu isə şəxsi həyatınıza təsir edəcək. Əgər kimsə xoşunuza gəlirsə, başınızı itirməyin, sonra altını çəkəcəksiniz.
Buğa - Bir neçə problemi birdən həll etmək imkanınız var. Bir az da çalışsanız, yeni bir layihənin gerçəkləşdirilməsini sizə tapşıra bilərlər. Fikirləşməyin ki, asan olacaq. Şəxsi həyatınızda hər şey əladır. Sizi sürpriz gözləyir.
Əkizlər - Çoxdankı həmkarınız sizi lazım olan vaxtda dəstəkləyəcək. Onun sayəsində işlərinizi ən qısa zamanda yoluna qoyacaqsınız. Bu gün gördüyünüz işin pulunu çox sonralar alacaqsınız. İndi isə pul kisənizin ağzını bərk-bərk bağlayın. Yaxın adamınızdan xoş xəbər alacaqsınız.
Xərçəng - Səliqə, məqsədyönlülük, hər bir addımı detallarına qədər fikirləşmək sayəsində rəqiblərinizi xeyli üstələyəcəksiniz. Nüfuzlu şəxslərin diqqətini çəkməkdən ehtiyat etməyin. Ailədə nəyisə yoluna qoymaq lazım gəlmir. Xoşunuza gələni edə bilərsiniz, həyatdan zövq alın.
Şir - Sizi irəli getməyə qoymayan maneəni dəf edə biləcəksiniz. Qəfildən hər şeyə qadir olduğunuzu anlayacaqsınız. Düzdür, başqalarını buna əmin etmək bir az çətindir. Bir neçə maraqlı iş təklifi ala bilərsiniz. Şəxsi həyatınız isə mübahisələrlə doludur. Heç kimə güzəştə getmək istəmirsiniz, çox nahaq!
Qız - Şərait sabitləşir. Özünüzü daha inamlı hiss edirsiniz. Ötən günlərin çətinliklərini unudacaqsınız. Zəhmətinizin hesabına uğur əldə edəcəksiniz. Yaxın adamlarınızla incikliyə son qoyacaqsınız. Onlara qayğı göstərin. Həyatınızı dəyişəcək bir insanla rastlaşacaqsınız. İntuisiyanıza güvənin.
Tərəzi - Bü gunun işini sabaha qoymayın. Nə istədiyinizi yaxşı bilirsiniz, odur ki, yarı yolda dayanmaq olmaz. Tərəfdaş seçimində ehtiyatlı olun. Sizi bir dəfə aldadan insana, necə dəridən-qabıqdan çıxsa da, inanmayın. Ailədə vacib məsələlərin həllini başqa, daha yaxşı bir vaxta saxlayın.
Əqrəb - Həqiqətən maraqlı bir işin qulpundan yapışmağa çalışın. Düzdür, bunun üçün rəqibinizlə didişməli olacaqsınız, cəsarətli olun, qələbə sizindir. Bu gün qədərindən artıq codsunuz, bu, bir tərəfdən sizə qarşı hörmət oyadır, amma tabeliyinizdəkiləri da azacıq düçünün. Şəxsi həyatınızda yenilik gözlənilir. İlk baxışdan aşiq olmaq ehtimalı var.
Oxatan - Sanki bütün dünya sizin əleyhinizədir, amma əbəs yerə kimsə sizin öhdənizdən gələcəyini düşünür. İstənilən söhbəti lazımi axara yönəldə, nəinki problemləri müzakirəyə çıxara, həmçinin onların həllinə nail ola biləcəksiniz. Şəxsi münasibətlərdə təşəbbüsü ələ alın, bu günün şərtlərini məhz siz diqtə edirsiniz.
Oğlaq - Uğurlarınız göz qabağındadır, sizə hörmət edirlər. Yaxşı ideyalar məhz lazım olan vaxt ağlınıza gəlir, siz də gecikmədən onları həyata keçirirsiniz. Biznes tərəfdaşlarınızla əlaqələriniz yüksək səviyyədədir. Köhnə dostlarınızı yada salın, onlarla görüşün.
Dolça - Asan gündür. Sizə istədiyiniz qədər azadlıq verilib. Rəhbərlik sizi dəstəkləyir, həmkarlarınız kömək göstərməyə hazırdırlar. Amma nədənsə işləmək istəmirsiniz. Əsas probleminiz də elə bundadır. Yaxşı xəbər də var, bu gün sizə tənbəllik etməyə icazə verilir. Təcili romantik görüş təyin edin!
Balıqlar - Əvvəlki günlərin acısını çıxmağın vaxtıdır, hiss edirsiniz ki, hər şey yaxşılığa doğru gedir. Peşəkar mübahisələri yoluna qoymaq, rəqiblərinizi tərəfdaşlarınıza çevirmək imkanınız var. Ailədə xaos yaranıb, amma siz tezliklə müdrik bir monarx kimi, ahəngdarlıq dolu balaca bir hakimiyyət yaradacaqsınız. Günün ikinci yarısı istirahət edin.