Azərbaycan ərazisində hava yağmursuz olacaq, cənub küləyi əsəcək
19.10.2012

Bakı və Abşeron yarımadasında oktyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 13-18, gündüz 23-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 20-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 21-dək respublika ərazisində hava şəraitinn dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

APA