"Bank of Baku" nağdsız əməliyyatlar üzrə ölkənin lider bankı seçilib
24.5.2017

"MasterCard" 2016-cı ilin uğurları çərçivəsində keçirdiyi mükafatlandırma mərasimində “Bank of Baku” ASC-ni "MasterCard kartlarının dövriyyəsi içində nağdsız əməliyyat payı ən yüksək olan bank" nominasiyasında Azərbaycanın lider bankı elan edib.
Bununla əlaqədar olaraq, mükafatlandırma mərasimində “Bank of Baku”ya xüsusi sertifikat təqdim edilib. “Bank of Baku”nun bu sahədə uğur qazanmasında ölkənin ilk taksit kartı "Bolkart" layihəsinin və korporativ bankçılıq sahəsində son dövrlərdə həyata keçirdiyi "İşkart" və əmək haqqı kartı layihələrinin rolu kifayət qədər böyükdür.
Qeyd edək ki, “Bank of Baku” artıq 10 ildən çoxdur müştəriləri üçün "MasterCard" beynəlxalq kartlarının istifadəsinə şərait yaradıb.



report.az