"Macarıstan və Azərbaycanın yaraşığı" adlı fotosərginin nümayişi olub
24.5.2017

Bakıda, Müasir İncəsənət Muzeyində "Macarıstan və Azərbaycanın yaraşığı" adlı fotosərginin nümayişi keçirilib.
Sərgi Macarıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr edilib.
Sərgidə Macarıstanın bölgələri Azərbaycanın bölgələri ilə yanaşı yerləşdirilib.
Səfir İmre Laslostki bildirib ki, şəkillər iki ölkə arasındakı qardaşlıq münasibətlərini əks etdirir: "Şəkillərdə siz həm Azərbaycan, həm də Macarıstanın bölgələrini görə bilərsiniz. Bunlar iki ölkənin qardaş olmasının simvoludur".
O deyib ki, iki ölkə arasında ticarət əlaqələrinin də genişlənəcəyi gözlənilir: "Regiondakı böhrana baxmayaraq, yaxın 5 ildə Azərbaycan-Macarıstan arasında ticarət əlaqələrində artım tendensiyası gözlənilir".

report.az