Müğənni-bəstəkar Emin Ağalarov Moskvada “Crocus City Hall”da canlı çıxış edib.
Emin Moskvada Vokalçıların Müslüm Maqomayev adına II Beynəlxalq Müsabiqəsinin ilk yarımfinalında fəxri qonaq olub.
Emin çıxışından öncə Müslüm Maqomayev haqda danışıb.
“Hər kəsin həyatda bir qəhrəmanı olub. Mənim qəhrəmanım da Müslim Maqomayevdir. Böyük fəxr hissi ilə qeyd edirəm ki, məhz bu möhtəşəm “Crocus City Hall” onun adını daşıyır”.
Daha sonra isə o, çıxışını “Синяя вечность” mahnısı ilə davam etdirib.
Video
http://gun.az