Litvalı rəssamın əsərləri Bakıda sərgilənir
26.5.2017

Bakıda Litvanın dünya şöhrətli rəssamı Yedit Sxoçkitenin əsərlərindən ibarət “Muza” adlı sərgi açılıb.

“Art Tover” qalereyasında təşkil olunan sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib.

Bu barədə “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib: “Rəssamın sərgiyə təqdim etdiyi sənət əsərləri dəqiq cizgiləri, aydın fonu, eskiz və parlaq ifadəlilik xüsusiyyətləri ilə seçilir. Müxtəlif mövzulu sənət əsərlərinin yer aldığı sərgi iyunun 8-dək davam edəcək”.



azertag.az