Gəmiçilik tərəfindən qaçqın və məcburi köçkünlərə bayram sovqatı paylanılıb
26.5.2017

Gəmiçilik tərəfindən qaçqın və məcburi köçkünlərə bayram sovqatı paylanılıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən bildirilib ki, 28 May - Respublika Günü ərəfəsində dənizçilər Goranboy rayonu ərazisində müvəqqəti məskunlaşan 3 min 350 qaçqın və məcburi köçkün ailəsinə baş çəkiblər. Əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam və Şuşadan olan soydaşlarımıza zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılıb.

Gəmiçiliyin nümayəndələrinin məcburi köçkünlərlə görüşündə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində qaçqın və məcburi köçkünlərin tezliklə yurd-yuvalarına qayıdacaqlarına inam ifadə edilib, bayram arzuları dilə gətirilib.



azertag.az