Qurban bayramından sonra Bakının bəzi məktəblərində dərslər oktyabrın 27-də, digərlərində isə ayın 29-da başlanacaq. Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, paytaxt məktəblərində 5 günlük iş rejimi ilə fəaliyyət göstərən təhsil ocaqlarında dərslər oktyabrın 29 – da, 6 günlük iş qrafiki ilə işləyən məktəblərdə ayın 27 – də başlayacaq.
Qeyd edək ki, Azərbaycanda 25, 26 oktyabr tarixləri Qurban bayramı ilə əlaqədar qeyri-iş günü elan edilib.
APA