“Azərbaycanda qədim şəhər mədəniyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir
22.10.2012

Noyabrın 6-dan 10-dək Qəbələdə “Azərbaycanda qədim şəhər mədəniyyəti” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Кonfrans Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaqdır.

Beynəlxalq elmi tədbirdə Azərbaycanın arxeoloqları ilə yanaşı, Rusiya, ABŞ, Türkiyə, Almaniya, Fransa və başqa ölkələrin də tanınmış tarixçi alimləri iştirak edəcəklər.

Konfrans çərçivəsində Qəbələdə aparılmış arxeoloji qazıntıların nəticələrinə həsr olunmuş sərgi də təşkil olunacaqdır.

AzərTAc