Uşaqları heyvanların kəsilməsinə baxmağa qoymayın!
7 yaşına qədər uşaqları Qurban bayramında heyvanların kəsilməsi göstərilməmədir. Uşaq israrla heyvanın kəsilmə qaydasına baxmaq istəyirsə, mərasim haqqında əvvəlcədən məlumatlandırılmadır.
7 yaşındakı uşaqda artıq şüur və soyuqqanlılıq duyğusu formalaşdığı üçün ona bu mərasimin qaydalarını izah etmək olar. Çünki o yaşda olan uşaq artıq maariflənmə çağında olur və bu mərasimi başa düşə bilər. Bunun dini vəzifə və borc olduğunu, yoxsul insanlara yardım məqsədilə edildiyini söyləmək lazımdır. Qurban bayramının əsas məqsədlərini və faydalarından da danışmaq lazımdır ki, uşaqda psixoloji problemlər yaşanmasın. Heyvan öldürməyin, qan axıtmağın o qədər də xoş bir şey olmadığını söyləyin. Lakin eyni zamanda insanın proteinə ehtiyacı olduğunu və ölüm haqqında həqiqətləri başa salın. Bunları izah eləmək uşaqlar üçün 7 yaş münasib dövr hesa olunur.
Öz nifrətiniz və heyvanların kəsilməsinə qarşı olan etirazınızı uşağın yanında bəlli etmək olmaz. Həmçinin kəsilən heyvanla uşaq arasında hansısa duyğusal anlar olmamalıdır. Yəni, uşağı heyvanla oynamağa icazə verməyin. Belə hadisələrə görə neçə illər toyuq əti və qoyun əti yeməyən insanlar var və hər dəfə yadına düşəndə kədərlənirlər. Uşaqda travma yaratmaq istəmirsinizsə, kəsiləcək heyvanı uşaqdan gizli bir yerdə saxlayın.
Belə hadisələri izləmək uşaqların zehninin nə qədər inkişaf etməsindən də asılıdr. Uşağın zenhi normal şəkildə inkişaf edibsə, bunu çox adi və rahatlıqla başa düşə biləcək.
Big.az