Samuxdakı Heydər Əliyev parkı bərpadan sonra belə olacaq - FOTO
22.10.2012

Samux rayonunda yerləşən Heydər Əliyev parkında rekonstruksiya işləri aparılır.

Bu barədə Samux Rayon İcra Hakimiyyətindən məlumat veriblər.

Parkda yenidənqurma işləri bu ilin yazından başlayıb. Parkın sahəsi 5 hektardır. Parkda iki uşaq əyləncə kompleksi, Heydər Əliyev mərkəzi və digər obyektlər tikiləcək.

Parkdakı fəvvarə tam yenilənəcək.

Milli.Az