Samux rayonunda yerləşən Heydər Əliyev parkında rekonstruksiya işləri aparılır.
Bu barədə Samux Rayon İcra Hakimiyyətindən məlumat veriblər.
Parkda yenidənqurma işləri bu ilin yazından başlayıb. Parkın sahəsi 5 hektardır. Parkda iki uşaq əyləncə kompleksi, Heydər Əliyev mərkəzi və digər obyektlər tikiləcək.
Parkdakı fəvvarə tam yenilənəcək.
Milli.Az