Britaniya Şurası (British Council) Azərbaycanda ingilis yazıçısı Çarlz Dikkensin 200 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlər keçirəcək. Bu çərçivədə British Council gələn il orta məktəb müəllimləri arasında bu mövzuda ən yaxşı video, inşa yazısı müsabiqəsi keçirəcək, sərgilər təşkil edəcək. Xatırladaq ki, bu kimi tədbirlər dünyanın 50-dən artıq ölkəsində həyata keçiriləcək.