Dünyanın ən bahalı atı
22.10.2012

Dünyanın ən bahalı atının qiyməti açıqlanıb. Çıdır atı “Frenkel”in qiyməti 200 milyon dollar dəyərindədir. At müsabiqələrdəki 14-cü qələbədən sonra belə dəyərə sahib olub.

Atın sahibi Səudiyyə Ərəbistanlı şahzadə Xəlil Abdulla artıq çempionun yarışlarda iştirak etməyəcəyini deyib.

Qeyd edək ki, dünyanın ən dəyərli heyvanı 4 yaşındadır.

Milli.Az