Azərbaycanda kreditorların hüquqlarının qorunması məqsədi ilə qanuna ehtiyac var.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.
Bundan başqa, onun sözlərinə görə, ölkədə bankların verdiyi kreditlərə zəmanət fondu da yaradılmalıdır: "Bu fond kreditlərin illik faiz dərəcələri ilə bağlı məsuliyyətin bir hissəsini üzərinə götürməlidir. Hazırda banklar manatda 15%-lə əmanət cəlb edir, risklər nəzərə alınmaqla kreditlərin maya dəyəri 24-25%-ə çatır. Bu cür yüksək faizlə kiçik və orta biznesə kedit vermək çətindir, odur ki, zəmanət fonduna ehtiyac var".
report.az