Bakıda 5 yaşlı qızın əsərləri sərgilənəcək
31.5.2017

İyunun 2-də Bakı Xətai Sənət Mərkəzində beş yaşlı Feyziran Zamanın “Rəngli həyat” adlı fərdi sərgisi açılacaq.
Xətai Sənət Mərkəzinin dəstəyi ilə təşkil ediləcək sərgidə balaca rəssamın 40-dək əl işi nümayiş ediləcək.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil ediləcək birgünlük sərgidə uşaq dünyasına həsr olunmuş əsərlər yer alacaq.



Publika.az