Azərbaycanın seysmik gərginlik olan bölgələrinin adı açıqlanıb
23.10.2012

Azərbaycanın seysmik gərginlik olan bölgələrinin adları açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli açıqlamasında deyib ki, ölkə ərazisində profillər üzrə geofiziki araşdırmalar Balakən və Şamaxı rayonlarında seysmik gərginliyin güclü olduğunu göstərib: “Bu rayonlarda gərginlik hələ də var. Azərbaycanın cənub bölgəsində - Lerikdə aktiv dərinlik qırılması olduğundan həmin ərazidə də seysmik aktivlik müşahidə olunur”.

Q. Yetirmişli deyib ki, hazırda Kür çökəkliyində, Azərbaycanın qərb bölgəsində nisbi sakitlikdir: “Naxçıvan ərazisinə İranda olan zəlzələlər təsir edir. Amma Muxtar Respublikada güclü aktivlik yoxdur, burda aktivlik fon səviyyəsindədir”.

APA