Prezident İlham Əliyevin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi regionlarda əhaliyə xidmətlərin çatdırılması və sakinlərin ondan istifadə etmələri üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada xidmət göstərir.
Pirallahı Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon sakinləri bir həftə səyyar “ASAN xidmət”dən yararlanıblar. Həmin müddətdə səyyar “ASAN xidmət”ə rayon sakinlərindən 733 müraciət daxil olub. Müraciətlərdən 119-u Ədliyyə Nazirliyi, 425-i Daxili İşlər Nazirliyi, 9-u Sosial Müdafiə Fondu və 35-i Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələrin aid olub. 145 sakin funksional yardımçı xidmətləri ilə əlaqədar müraciət edib.
Rayon sakinləri onlara göstərilən xidmət üçün səyyar “ASAN xidmət” işçilərinə minnətdarlıqlarını bildiriblər.
azertag.az