Qahirə Universitetinin əməkdaşı Azərbaycan Milli Kitabxanasında məruzə ilə çıxış edəcək
1.6.2017

İyunun 1-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi və Misir Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçiriləcək.

Kitabxanadan bildirilib ki, tədbirdə Qahirə Universitetinin əməkdaşı Dr.Əhməd Dərvişin "İslam həmrəyliyinin möhkəmləndirilməsində Azərbaycanın rolu" mövzusunda məruzəsi dinləniləcək.

azertag.az