Tələbələrə təqaüdlərin ödənilməsi qaydası dəyişdi
1.6.2017

Azərbaycanda "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nda dəyişiklik edilib.
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbə və şagirdlərinə təqaüd dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına yalnız nağdsız qaydada ödəniləcək.
Büdcədənkənar vəsaitlər hesabına məqsədli təqaüdlər də təhsil müəssisələrinin Elmi və ya Pedaqoji Şurası tərəfindən müəyyən olunaraq yalnız nağdsız qaydada ödəniləcək.


publika.az