"Uşaq Eurovisionu 2012"də azərbaycan dilində mahnı səslənəcək - VİDEO
23.10.2012

Azərbaycan bu il ilk dəfə "Junior Eurovision" beynəlxalq mahnı müsabiqəsində iştirak edəcək. 1 dekabrda Niderlandın paytaxtı Amsterdamda baş tutacaq final mərhələsində ölkəmizi Ömər Sultanov və Sevda Ələkbərova dueti təmsil edəcək.

Balaca duet ortaqları "Girls & Boys" mahnısını təqdim edəcəklər. Mahnının Zəhra Bədəlbəylinin sözlərinə Cessika Appla (Jessica Appla) bəstələyib. Tezliklə mahnıya çəkilmiş klipin təqdimatı olacaq.

Qeyd edək ki, Ömər Sultanov və Sevda Ələkbərova "Uşaq Eurovisionu 2012"də mahnını əsasən Azərbaycan dilində ifa edəcəklər. Mahnının mətninin yalnız 25%-i ingilis dilində səslənəcək.

VIDEO

ANS PRESS