"Azercell" MMC iyulun 1-dən İsrail və İranda həm fakturalı, həm də fakturasız (SimSim) xətt sistemlərinə aid nömrələrdə rouminq xidmətindən istifadəyə görə rouminq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları tətbiq edəcək.
Abunəçinin vaxtında məlumat əldə etməməsi və ya cihazın avtomatik sazlanması nəticəsində daha baha qiymətlərlə xidmət göstərən operatorun şəbəkəsinin seçilməsi ehtimalı qalxmış olacaq.
İstiqamətdən asılı olmayaraq daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 0,32 manat, bütün istiqamətlərə edilən zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 1,50 manat, mobil-internet xidmətinin hər bir MB görə xidmət haqqı 3,50 manat, istiqamətindən asılı olmayaraq göndərilən hər bir SMS-ə görə xidmət haqqı 0,30 manat təşkil edir.
Qeyd edək ki, istiqamətindən asılı olmayaraq daxil olan və çıxan zənglərin hesablama intervalı 60 saniyədir. Bundan başqa, tariflər peyk nömrələrinə və qısa nömrələrinə edlən zənglərə və göndərilən SMS-lərə şamil edilmir. Mobil-internet xidmətində hesablama intervalı 30 KB-dır və bütün tariflər ƏDV daxil olmaqla göstərilib.
Bununla yanaşı qeyd olunur ki, mobil-internet xidmətindən yalnız fakturalı xətt sisteminə aid nömrələrdə yararlanmaq mümkündür.
report.az