Azərbaycanda çörək istehsalı ilə bağlı yeni standart hazırlanacaq
23.10.2012

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində çörək istehsalı ilə əlaqədar xüsusi Texniki Komitə yaradılacaq. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bu gün çörəkbişirmə sexlərinin rəhbərləri ilə keçirilən görüşdə bildirib.

R.Həsənov bununla bağlı Dövlət Komitəsi yanında Dövlət Nəzarəti Xidmətinə tapşırıqlar verəcəyini və yaxın zamanlarda Texniki Komitənin yaradılacağını sahibkarlara deyib. Burada çörəyin yeni standartının hazırlanması və hazırda mövcud olan standartlarda problemlər araşdırılacaq.

R.Həsənov bildirib ki, bundan sonra sahibkarlarla yenidən görüş keçiriləcək və yeni çörək standartı ilə bağlı müzakirələr aparılacaq.

APA