Nazir müavini: “Gələn ildən bütün ölkə üzrə tibbi sığorta həyata keçiriləcək”
1.6.2017

“Son 10 ildə Azərbaycanda 600-dən artıq tibb müəssisəsi yenidən qurulub və təmir olunub”.
Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin bu gün Milli Məclisdə keçirilən iclasında çıxışı zamanı səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.
O deyib ki, ötən illər ərzində kadrların hazırlığı istiqamətində də işlər görülüb:
“Ölkəmizdə icbari tibbi sığorta pilot layihə olaraq Mingəçevir və Yevlax rayonlarında həyata keçirilir. İcbari tibbi sığortanın 2018-ci dən ildən bütün ölkədə həyata keçirilməsi nəzərdə tutulub”.
Nazir müavini qeyd edib ki, ana və uşaq ölümlərinin azaldılması istiqamətində də ciddi işlər aparılır:
“Azərbaycanda körpə ölümü artmayıb, əksinə azalıb”.



publika.az