İyunun 1-də Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Rafiq Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə “Musiqili fidanlar” adlı konsert olub.
Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov tədbirin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunduğunu bildirib. Rafiq Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini Bəturə Məmmədova uşaqları bayram münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə məktəbin şagirdlərinin ifasında Azərbaycan və xarici ölkələrin bəstəkarlarının əsərləri səsləndirilib.
Çıxışlar Azərbaycanın görkəmli musiqi xadimlərinin uşaqlıq və yeniyetməlik dövrünü əks etdirən nadir fotolar və muzeyin tədbirlərində iştirak etmiş istedadlı musiqiçi uşaqların şəkillərindən ibarət slayd-şou ilə müşayiət olunub.
azertag.az