Təhsil naziri Mikayıl Cabbarov iyunun 5-də saat 11:00-da mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ucar, Zərdab, Göyçay və Ağcabədi rayonlarının sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda adıçəkilən rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar iyunun 1-dək Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
SalamNews.org