Xətai Sənət Mərkəzində balaca fırça ustalarının əsərləri sərgilənib
2.6.2017

Bakı Xətai Sənət Mərkəzində “Uşaqları sevək” adlı rəsm sərgisi açılıb.

“İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunan sərgi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib.

Sərgidə 100-dən çox balaca fırça ustasının 150-dək sənət əsəri nümayiş edilib. Kuratorları gənc rəssamlar - Elnurə və Aygün İsgəndərova olan sərginin ekspozisiyasında uşaq dünyasını tərənnüm edən müxtəlif mövzulu rəsmlər sərgilənib.



azertag.az