Bulvarda uşaqlar üçün unudulmaz gün
2.6.2017

YUNİSEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Bakı Dənizkənarı Bulvarda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gəlin birlikdə oynayaq” adlı əyləncəli tədbir keçirilib.

Tədbirdə Uşaq Paralimpiya Komitəsində fəaliyyət göstərən uşaqlar 3 idman növündə (basketbol, tenis, boccia) bacarıqlarını nümayiş etdiriblər.

Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov tədbirlə bağlı açıqlamasında bunları deyib:

“Burada uşaq paralimpiyaçılarımız iştirak edirlər. Onlar burada öz bacarıqlarını sakinlərimizə nümayiş etdirirlər. Eyni zamanda biz istəyirik ki, digər fiziki imkanları məhdud uşaqlar da bu prosesə qoşulsunlar”.

Qeyd edək ki, tədbirin sonunda musiqili, əyləncəli proqram nümayiş olunub.



Kult.az