“İrəli” Şövkət Ələkbərovaya həsr olunmuş xatirə konserti keçirəcək
23.10.2012

Oktyabrın 29-da Bakı Caz Mərkəzində Azərbaycanın xalq artisti, korifey sənətkar Şövkət Ələkbərovanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək.

Konsert “İrəli” Mədəniyyət və İncəsənət Mərkəzi, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutacaq.

Ölməz sənətkarın 90 illiyinə həsr olunan konsert proqramının təşkil olunmasında əsas məqsəd dahi sənətkarın xatirəsini yad etməklə yanaşı, Şövkət Ələkbərova yaradıcılığını bir daha gənc nəsilə çatdırmaqdır.

Qeyd edək ki, Azərbaycanın bir çox tanınan gənc müğənniləri, caz ifaçıları həmin səhnədə yer alacaqlar. Belə ki, ifaçılar konsertdə korifey sənətkarın ifasında səslənən mahnıları yeni versiyada, müxtəlif janrlarda ifa edəcəklər.

Konsertdə həmçinin dövlət və özəl qurumların nümayəndələri, sənət adamları, media qurumları, QHT nümayəndələri və fəal gənclər iştirak edəcəklər.


Gün.Az