Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçilib
2.6.2017

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Memarlar İttifaqının fəxri üzvü seçilib.

Bunu Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə Beynəlxalq Memarlar İttifaqının ll Region seksiya üzvləri prezidentlərinin müşavirəsində bildirib.

E.Qasımzadə deyib ki, Mehriban Əliyeva Azərbaycan memarlıq irsinin qorunub-saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə də təltif edilib.

Beynəlxalq Memarlar İttifaqının ll Region seksiya üzvləri prezidentlərinin müşavirəsi Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir.



trend.az