Bu günlərdə Minskdə tarixdə ilk dəfə olaraq kadetlər arasında sürətli şahmat və blits üzrə dünya birinciliyi keçirilir. Turnirdə 24 ölkədən 662 gənc şahmatçı, o cümlədən Azərbaycandan iki şahmatçı iştirak edir.
Medallar oğlanlar və qızlar arasında 8, 10 və 12 yaş kateqoriyasında keçirilir.
Bu gün və sabah sürətli şahmat çempionatı keçirilir. Azərbaycanlılar arasında mükafat yerlərinə iddialılar ustalığa namizəd Ümid Aslanov (12 yaşadək oğlanlar arasında) və Rauf Seyidovdur (8 yaşadək).
İyunun 4-də blitsdə ən güclülər müəyyən ediləcək.
On iki yaşadək oğlanlar və qızlar arasında rapid üzrə dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir (10 dəqiqə + 5 saniyə).
azertag.az