Səhiyyə Nazirliyi rezidentura təhsili almış həkimlərin işlə təminatı məsələsinə aydınlıq gətirib
2.6.2017

Azərbaycan Səhiyyə Nazirliyi ölkədə rezidentura təhsili almış həkimlərin işlə təminatı məsələsinə aydınlıq gətirib.

Nazirlikdən sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü ilә kimi rezidenturaya daxil olmuş hәkim-mütəxəssislәr üçün təyinatda iştirak mütləq deyil. Rezidentura təhsilini müvəffəqiyyətlə başa vuran həkim-mütəxəssislərin təyinatın tarixləri barədə məlumatlandırılması üçün Səhiyyə Nazirliyinin rəsmi internet saytında yekun attestasiyadan qısa müddət sonra müvafiq elan yerləşdirilir. Təyinat zamanı həmin həkim-mütəxəssislərə iş yerləri təklif olunur. Lakin onlar təklif olunan vakant yerdə işləmək istəmədikdə həmin vakant yerdən imtina edə bilərlər. Bu halda yaxud təyinatda iştirak etmək istəmədikdə həkim-mütəxəssislər işlə tәmin olunmaq üçün ümumi qaydada Sәhiyyə Nazirliyinin rәsmi internet saytında yerləşdirilәn həkimlərin mərkəzlәşdirilmiş qaydada işə qəbulu ilə bağlı elanlar üzrә müsabiqəlәrdə iştirak edə bilәrlər.

Nazirlikdən bildirilib k, 2014-cü ildə və sonra rezidenturaya qəbul olunmuş həkim-mütəxəssislərin işlə təminatı isə 3 illik mütləq təyinat vasitəsilə həyata keçirilir. "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın 2.4-cü bәndinə әsasən dövlәt sifarişi әsasında rezidentura tәhsili almış şəxslər rezidenturanı bitirdikdәn sonra әmәk fәaliyyәtlәrini 3 il müddətindә Sәhiyyә Nazirliyinin göndərişinә əsasən dövlət sәhiyyә müəssisәlәrində davam etdirmәlidirlәr.

trend