Nyu-Yorkda yaşayan Ed Qriqor 53 il əvvəl oğurlanmış bahalı saatına qovuşub. “Zaman səyahətçisi” adını verdiyi saatı, Qriqora xalası məktəbi bitirməsi münasibətilə 1958-ci ildə hədiyyə edib, ancaq hərbi dəniz qüvvələrində xidməti zamanı qiymətli saatı ondan oğurlayıblar.
Xalis qızıldan olan saatın üzərində Qriqorun adı və verilmə tarixi həkk olunub. Qriqorun 53 il sonra yenidən saatına çıxması isə öz ayrıca bir əhvalatdır.
Belə ki, təxminən bir ay əvvəl Las Veqasda yaşayan və özünü Mark kimi təqdim edən bir şəxs ona zəng edərək, saatın onun olub olmadığını öyrənməyə çalışıb. Məlum olub ki, Markın anası əvvəllər Las Veqasda kiçik mehmanxana işlədib və ödənişi yerinə yetirə bilməyən dənizçilər müxtəlif qiymətli əşyalar girov qoyublar.
Qriqorun qızılı saatını Mark məhz anasının ölümündən sonra, həmin girov qutusunu boşaltması ilə aşkar edib. Qriqor telefon vasitəsilə saatın arxasında “6 dekabr 1958-ci il” yazısının olduğunu öyrənincə , az qalıb həyacandan dəstəyi əlindən salsın. Sonda xeyirxah Mark, “Zaman səyahətçisini” bağlamaya qoyaraq poçtla sahibinə göndərib.
ANS PRESS